Paytaxt çempionatında fərqləndilər


Baxıldı : 62

Tarix : 2019-11-15 18:27:37


“Zenit” İdman Cəmiyyətinin pəhləvanları noyabrın 5-6-da Hövsan Olimpiya Kompleksində keçirilən sərbəst güləş üzrə Bakı şəhər çempionatında 4 medal qazanıblar. 86 kq. çəki dərəcəsində mübarizə aparan Mircəfər Murtuzlu bütün rəqiblərinə qalib gələrək paytaxt çempionu olub. Onun həmkarları Rəhman İmanov (57 kq.) və Elvin Dünyamalıoğlu (74 kq.) ikinci, Kamil Hüseynov (74 kq.) isə üçüncü yeri tutublar.

Onlar bu yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev, Akif Qurbanov, Cavid Qurbanzadə və Vüsal Axundovun rəhbərliyi altında hazırlaşıblar.