Paytaxtda mal əti niyə ucuzlaşmır?


Baxıldı : 346

Tarix : 2015-01-24 05:25:00


Son günlər ölkə ərazisində satılan mal ətinin qiymətində ucuzlaşma müşahidə olunur. Bu, xüsusən də rayonlarda daha çox hiss olunur. Bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 5-6 manata düşüb. Alıcılar da ətin ən ucuz satıldığı mağazalara üz tuturlar.İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi birmənalı şəkildə təklifin artmasıdır: \ Təklifin artması qiymətin azalmasına gətirib çıxarıb. Təklifin artması yalnız fermerlərin, sahibkarların hansısa xərclər səbəbindən öz məhsullarını bazara çıxarması ilə bağlı deyil, heyvandarlıqda müşahidə edilən artımla bağlıdır. Son iki ildə aqrar sektorda inkişaf müşahidə olunur ki, bu da təklifin artmasına gətirib çıxarır\ . Ekspert həmçinin bildirib ki, Azərbaycan ət məhsullarına olan tələbatın bir qismini Gürcüstandan idxal etməklə ödəyir: \ Əslində Avropa Birliyi ölkələri tərəfindən Rusiyaya qoyulan embarqodan sonra güman edilirdi ki, Gürcüstan öz məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarına çıxaracaq, amma bu da reallaşmadı. Çünki rublun məzənnəsinin aşağı düşməsi və Rusiyada alıcılıq qabiliyyətinin azalması, artıq Gürcüstan iş adamları üçün bu ölkəni cəlbedici etmədi. Məhz buna görə iş adamları malları Azərbaycanda satmağa üstünlük verdilər. Təklifin artması həm yerli istehsalın, həm də ölkəyə idxalın çoxalması ilə bağlıdır. Xüsusən qoyun ətinə olan tələbatın ödənilməsində Gürcüstanın idxalı əhəmiyyətlidir. Gürcüstanla qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi Azərbaycan bazarını gürcü iş adamları üçün daha cəlbedici etdi. Bu da, təbii ki, idxalın artmasına gətirib çıxardı\ .V.Bayramov deyib ki, istehlakda da müəyyən qədər azalmalar müşahidə olunub: \ Azərbaycan üçün ət məhsullarının istehlakı həmişə önəmli olub. Çünki milli mətbəxdə ət məhsulları daima istifadə olunur. Ancaq son illər ət məhsullarının istifadədə azalması da müşahidə olunur. Bu da ət məhsullarının insan sağlamlığına ziyanlı təsiri ilə bağlıdır. Xüsusən gənc ailələr mal ətindən az istifadə edirlər və bunun əvəzinə toyuq və quş əti yeyirlər ki, bu da tələbin azalmasına gətirib çıxarır. Ailələrin qida rasionu dəyişir. Artıq azərbaycanlılar insan sağlamlığına az zərər verən mətbəxə üz tutmağa başlayırlar. Məhz bunlara görə tələb azalır və qiymətlər düşməyə başlayır\ .Paytaxtda ət məhsullarının qiymətlərinin dəyişməməsi ilə bağlı ekspert qeyd edib ki, rayonlarda qiymətlərdə azalmalar olsa da, təəssüf ki, hələlik Bakıda ciddi bir dəyişiklik yoxdur. Bu da paytaxtda tələbin hələ də yüksək olması ilə bağlıdır. Amma nəzərə alsaq ki, Bakı üçün topdansatış qiymətləri rayondur, rayonlarda qiymətin azalması mərkəzə də təsir edə bilər. Proses davamlı olarsa, o zaman Bakıda qiymətlərin azalmasını gözləmək mümkündür\ .V. Bayramov sonda əlavə edib ki, digər kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma yoxdur. A.MUSTAFAYEV