Paytaxtda yeni POS-terminallar quraşdırılacaq


Baxıldı : 356

Tarix : 2015-01-31 05:06:00


Hökumət Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı POS-terminalların sayını artırmağı planlaşdırır. Olimpiada zamanı respublikamıza çoxlu sayda xarici turistlərin və idman heyətlərinin ölkəmizə gəlməsi nəzərə alınaraq Bakıdakı market və mağazalarda, ticarət, əyləncə, iaşə və digər obyektlərdə nağdsız ödənişləri həyata keçirmək üçün POS-terminalların quraşdırılması genişləndiriləcək. Bu məqsədlə Mərkəzi Bank,Vergilər Nazirliyi və kommersiya bankları birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulmasını sürətləndiriblər. Müəyyən olunmuş plana əsasən, POS-terminal quraşdırılmalı olan obyektlərin xəritəsi tərtib olunub. Bu prosesi həyata keçirən aidiyyəti orqanlar tərəfindən ötən ildən başlayaraq əlavə POS-terminallar gətirilib. Təkcə 2014-cü ildə onların sayı 60 min ədəd olub. Hazırda ölkə üzrə POS-terminallların sayı 82 mini keçıb. İndiyədək quraşdırılmış POS-terminalların 64,1%-i Bakı şəhərinin, 35,9%-i isə regionların payına düşür. Məsələ ondadır ki, son bir ildə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çox olub. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha çox olub.Maraqlısı odur ki, həmin POS-terminalların bir hissəsi ən son avadanlıqlardır. Belə ki, bu qurğular kart vasitəsilə birbaşa təmas olmadan istifadəni nəzərdə tutur. Hazırda ticarət məntəqələri və obyektlərdə işləyən şəxslərə POS-terminallardan istifadə qaydası barədə məlumatlandırma işləri aparılır.ELBRUS