“Pəhləvan” İdman Klubunun samboçuları dörd qızıl medal qazanıblar


Baxıldı : 13

Tarix : 2019-11-08 10:56:18


Abşeron Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü idmançıalr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilib.  Birincilikdə 10 çəki dərəcəsi üzrə 102 nəfər idmançı mübarizə aparıb.

Yarışda “Pəhləvan” İdman Klubunun yetirmələri dörd qızıl medal qazanıblar. Yekun nəticəyə əsasən, Inqilab Baxışov (48 kq.), Rəşad Salayev (52 kq.), Xankişi Cəfərquliyev (68 kq.) və Eltun Qəmbərov ( +100 kq.)  birinci yerə layiq görülüblər.

Qalib idmançılar Diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

 

Azər MUSTAFAYEV