Pəhləvanlar fərqləniblər


Baxıldı : 130

Tarix : 2018-03-02 21:03:43


“Pəhləvan” İdman Klubunun yetirməsi Asxab Həmzətov gənclərin sərbəst güləş üzrə Azərbaycan çempionatında birinci yeri tutub. O 92 kq. çəki dərəcəsində mübarizə aparıb. Bütün rəqiblərinə qalib gələn Asxab qızıl medala layiq görülüb.

Klubun təmsilçiləri yeniyetmələrin sərbəst güləş yarışlarında da fərqləniblər. Valeh Həmidov (71 kq.) və Fuad Mayılov (80 kq.) ikinci yeri tutublar. Mürşüd Hüseynov (60 kq.) isə üçüncü yerə sahib olub.

Yeniyetmələrin yunan-Roma güləşi üzrə qarşılaşmasında Klubun yetirməsi Elmir Əliyev (51 kq.) gümüş medal qazanıb.

Azər MUSTAFAYEV