Pensiya defisitinin azaldılması planına etiraz


Baxıldı : 310

Tarix : 2015-03-06 02:27:00


Cənubi Koreyada müəllimlərin aparıcı həmkarlar ittifaqı (KTU) hökumətin dövlət qulluqçularının, o cümlədən məktəb müəllimlərinin pensiyalarının azaldılması planına etiraz edərək gələn ay aksiya keçirəcəyini nəzərə çatdırıb. KTU-dan həmçinin bildiriblər ki, bu ayın sonunda üzvlərin səsverməsi nəticəsində aksiyanın keçirilib-keçirilməməsinə aydınlıq gətiriləcək.Ötən ilin sonunda ölkənin hakim partiyası Saenuri tərəfindən hazırlanmış yeni qanun layihəsində dövlət qulluqçularının pensiya sisteminə daha çox haqq ödəyəcəyi və 2016-ci ildən kiçikölçülü pensiya alacağı öz əksini tapıb. Bu qanun hökumətin artan və tədbirlərin görülmədiyi halda 458 milyard ABŞ dollara çatacaq olan pensiya defisitinin azaldılması planının bir hissəsi olub.Məktəb müəllimləri təklifə qarşı çıxaraq yeni qanuna qədər yüksək pensiya almaq müqabilində aşağı əməkhaqqı ilə çalışdıqlarını bildiriblər. Yeni layihənin tətbiqinin təhsil sahəsində durğunluq yaradacağı qeyd olunur.Elçin ZAKİRİ