Pensiya şərtlərinin dəyişdirilməsi...


Baxıldı : 194

Tarix : 2015-11-27 06:20:00


Böyük Britaniyanın nüfuzlu \ Financial Times\ qəzetinin əməkdaşları tətil keçirməyə qərar veriblər. Jurnalistlərin Milli Həmkarlar İttifaqı Birliyindən (JMHİB) verilən məlumata görə, bu addımın səbəbi nəşrin yeni sahibi \ Nikkei\ mediakorporasiyasının hazırkı pensiya təminatı şərtlərini dəyişdirməsidir.\ Nikkei\ adıçəkilən qəzeti bu ilin iyul ayında \ Pearson\ Britaniya nəşriyyat evindən 1,3 milyard dollara alıb. Daha sonra mediakorporasiyanın rəhbərliyi peşə fəaliyyətini başa çatdıran jurnalistlərə təyin olunmuş hazırkı pensiya təminatının xeyli azaldılması təklifi ilə çıxış edib. Bu isə öz növbəsində şirkətə 6 milyon dollar qənaət etməyə imkan verəcək. Həmin vəsaitin \ Financial Times\ ın ofisinin icarə haqqının ödənilməsinə yönəldilməsi planlaşdırılır.JMHİB-in bəyanatında deyilir ki, tətilin keçirilməsinə həmkarlar ittifaqının üzvləri olan qəzet əməkdaşlarının 92 faizi səs verib. Etiraz aksiyasının tarixi və formatı yaxın vaxtlarda elan olunacaq. Qeyd edək ki, \ Financial Times\ 1888-ci ildə yaradılıb və hazırda 360 min tiraj ilə dünyanın 24 şəhərində nəşr olunur. O, şərəfli tarixi olan \ The Times\ , \ The Guardian\ kimi nəşrlərlə bir sırada durur. Bundan başqa, qəzet FT500 - dünyanın 500 ən böyük şirkətlərinin reytinq tərtibatçısıdır.Elçin ZAKİRİ