Pensiya şərtlərinin yaxşılaşdırılması tələbi


Baxıldı : 230

Tarix : 2015-02-14 04:25:00


Almaniyada \ Lufthansa\ nın törəmə şirkəti olan \ Germanwings\ ın pilotlarının ikigünlük tətili nəticəsində ölkədaxili uçuşların 40 faizi təxirə salınıb. Uçuş heyəti üzvlərinin tələbi vaxtından əvvəl pensiyaya çıxma şərtlərinin yaxşılaşdırılmasıdır.Pilotların həmkarlar ittifaqı olan \ Vereinigung Cockpit\ dən verilən məlumata görə, aviaşirkətin rəhbərliyi bütün danışıqları rədd edib.\ Tətilə baxmayaraq, uçuş reyslərinin 60 faizi həyata keçiriləcək və bunun sayəsində sərnişinlərin 80 faizi təyin olunan yerlərə vaxtında çatacaq\ , - deyə aviaşirkətdən bildiriblər.Elçin ZAKİRİ