Pensiyalar artırılacaq


Baxıldı : 300

Tarix : 2015-12-12 06:30:00


2016-cı ildə dövlət büdcəsindən pensiya təminatının yaxşılaşdırılması üzrə tədbirlərə əlavə olaraq 10 milyon manat vəsait ayrılacaq. Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə 1 mlrd. 896 mln. 554,714 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Hökumət növbəti ildə sosial xərclərə ayrılan vəsaitlərin həcmini azaltmayacaq, əksinə, sosial müdafiə və təminat sahələrinə cari illə nisbətdə 5 faiz daha çox pul xərclənəcək. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, pensiyaların yenidən indeksləşdirilməsi nəzərdə tutulur və gələn ilin əvvəlində inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların məbləği artırılacaq.Pensiyaların inflyasiya göstəricilərinə uyğunlaşdırılması nəticəsində pensiyaların müxtəlif kateqoriyalar üzrə 3-7 faiz civarında artımı təmin olunacaq. Yəni ölkədə qiymət artımının baş verməsinə baxmayaraq, pensiyaların real dəyəri azalmayacaq, əksinə, artacaq. Eyni zamanda qarşıdakı ildə pensiya və müavinətlərin əvvəlki illərdə olduğu kimi vaxtinda, ayın birinci ongünlüyündə maliyyələşdirilməsi təmin ediləcək.ELBRUS