Pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz, bu ilin ilk rübündə 12,3 faiz artıb


Baxıldı : 42

Tarix : 2020-04-11 15:51:38


 

Aprelin 1-i tarixinə əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 12,3 faiz və ya 32,3 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,8 faiz və ya 64,42 manat artaraq 300 manata yaxın olub. Yaşa görə pensiyaların orta aylıq məbləği isə 327,1 manat təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə pensiya alanların sayı 1 milyon 270 min nəfərdir. Bu da ölkə əhalisinin 12,6 faizini təşkil edir.

Pensiyaçıların 58,4 faizi yaşa, 11,4 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.