Personalın 26 faizi ixtisar olunacaq


Baxıldı : 203

Tarix : 2015-01-31 05:04:00


Yaxın gələcəkdə \ İBM\ korporasiyasında kütləvi ixtisarların başlanacağı gözlənilir. Bu haqda \ Forbes\ jurnalının saytında tanınmış İT-jurnalist Robert Kringli məlumat verib. Onun sözlərinə görə, \ Chrome layihə\ si adlanan restrukturizasiya proqramı nəticəsində 110 min nəfər və ya personalın 26 faizi işdən azad ediləcək. Şirkətdən həmkarlar ittifaqlarının ixtisarlar barədə sorğusuna, hələ ki, rəsmi cavab verilməyib.Qeyd edək ki, \ İBM\ şirkəti 158,4 milyard dollar kapitalı ilə informasiya texnologiyaları bazarının nəhənglərindən biridir. Elçin ZAKİRİ