Pilotsuz maşınlar istifadə olunacaq


Baxıldı : 309

Tarix : 2015-02-14 04:49:00


Böyük Britaniyada ictimai nəqliyyat sahəsində \ Google\ və Rusiyanın \ KamAZ\ ından geri qalmamağa çalışırlar. Bu günlərdə Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobillərdir \ Lutz Pathfinder\ adlı maşını Koventri şəhərində yerləşən \ KVĞ Group\ hazırlayıb və özü də istehsal edəcək. \ Autodrive\ layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək. Güman edilir ki, \ Lutz Pathfinder\ yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq. Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar. İkiadamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır. Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.CAVİD