Pilotsuz uçan yük aparatı yaradılır


Baxıldı : 174

Tarix : 2017-12-27 19:18:48


San-Fransiskonun "Elroy air" startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur. Tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən və uzaq məsafələrə uça bilməyən kiçik dronlara alternativ olacaq.

"Elroy air" şirkətinin "Aluminum Falcon" adlanan dronu kiçik təyyarə ölçüsündədir. Tərtibatçıların hesablamalarına görə, pilotsuz uçan aparatın sürəti saatda 160 kilometrə çata bilər.

"Aluminum Falcon" aparatının əsas xüsusiyyətlərindən biri  təkcə pilotsuz uçan aparatın deyil, eyni zamanda yük konteynerinin süni intellekt proqramı ilə təchiz olunmasıdır. Bu ona "ağıllı yükləmə"ni həyata keçirməyə və yük bölməsi tam dolandan sonra uçmağa imkan verəcək.

"Aluminum Falcon" süni intellekt sayəsində təpə, ağac və naqillər arasında asanlıqla manevr edə biləcək.

Azər MUSTAFAYEV