Planlaşdırılan ixtisarlara etiraz edilib


Baxıldı : 236

Tarix : 2015-10-02 06:30:00


Finlandiyanın Nokia şəhərində planlaşdırılan ixtisarlara etiraz əlaməti olaraq həmkarlar ittifaqının çağırışı ilə \ Nokian Tyres\ şin zavodunda çalışan 400-dən artıq insan işə çıxmayıb.Hələ avqustun 14-də həmkarlar ittifaqları tərəfindən başlanan danışıqların əsas müzakirə mövzusu ixtisar olunan 150 iş yerinin bərpası olub. Məlumata görə, \ Nokian Tyres\ tərəfindən ixtisarların aparılmasına səbəb Rusiya və MDB ölkələrində satış həcminin aşağı düşməsidir.Qeyd edək ki, zavod rəhbərliyi tətili qanunsuz hesab edir.Elçin ZAKİRİ