Poladtökmə sənayesində həmrəylik əlaməti


Baxıldı : 199

Tarix : 2015-10-02 06:31:00


Bu günlərdə ABŞ-ın poladtökmə sənayesində çalışan insanların 30 mindən çoxu \ ArcelorMittal\ və \ U.S. Steel\ şirkətlərinin əməkdaşlarına həmrəylik göstərərək \ Ədalətli kollektiv saziş - indi!\ yazılmış etiket ilə işə çıxıb.Sentyabr ayının ortalarında \ ArcelorMittal\ kollektiv sazişin imzalanmasına dair danışıqları rəsmən dayandırıb. Nəticədə metal işçilərinin maraqlarını təmsil edən \ USW\ Həmkarlar İttifaqı bəyanat yayıb. Bəyanatda bildirilir ki, rəhbərliyin bu addımı həmkarlar ittifaqı təşkilatını məyus edib, lakin bu, gözlənilən idi, çünki şirkət daima danışıqların hər bir mərhələsində prosesi uzadırdı.İşçilərin nümayəndələri \ ArcelorMittal\ ın rəhbərliyinə dəfələrlə hərtərəfli təkliflə müraciət etmişdir. Təklifdə təqaüdə çıxan və ya hazırda çalışan metallurqların tələbatları əks olunmuşdur. Eyni zamanda həmin sənədin öhdəliklər və xərclər hissəsində şirkət üçün milyonlarla dollar qənaət edən güzəştlər və müavinətlər də yer almışdır.Lakin xoş məram ruhunda danışıqları davam etdirmək əvəzinə, rəhbərlik onu dayandırmaq qərarına gəlib. Şirkət məzuniyyət, müavinətlər, mükafatlar, istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığa zərər vurmaqla əlaqədar xəstəliyə görə əlavə ödənişlər ilə bağlı məsələlərdə həmkarlar ittifaqından daha çox güzəştlər edilməsini israr edib. \ USW\ bəyanatında həmçinin deyilir ki, həmkarlar ittifaqı \ ArcelorMittal\ tərəfindən qaldırılan bir çox problemlərin həllində çevik və kreativ yanaşmadan istifadə edib, amma rəhbərlik, görünür, işçilərin ağır əməyi və sədaqəti nəticəsində 1998-2002-ci illərdə sənaye böhranı dövründə şirkəti necə xilas etdiklərini unudub.Daha bir poladtökmə nəhəngi \ U.S. Steel\ köhnə və yeni işçilər arasında həmrəyliyi sarsıdan əməyin ödənilməsində ikimərhələli sxemin tətbiqini tələb edir. Tibbi xidmət, əmək təhlükəsizliyi, autsorsinqın yayılması, mənfəətin bölüşdürülməsində işçilərin iştirakının azalması və digər güzəştlərin kəsilməsi - bütün bu məsələlər şirkət tərəfindən hücumların obyektidir. \ USW\ kollektiv saziş üzrə bütün məsələlərin ədalətli həllinə nail olmaq üçün işəgötürənlə danışıqları davam etdirir.Elçin ZAKİRİ