Polis əm


Baxıldı : 250

Tarix : 2016-10-21 04:41:00


Polis əməkdaşı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi?Ağadadaş NURİYEV,Gəncə şəhəri.- Sualınızın cavabı \ Polis haqqında\ qanunun \ Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət\ adlanan 32-ci maddəsində göstərilmişdir. Qanuna əsasən, polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əməkhaqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.Nəzərinizə çatdırırıq ki, polis əməkdaşı həm də siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyanın üzvü ola bilməz.Əmək kitabçamı itirmişəm. Yeni işə düzəlmək istəyirəm. Əmək kitabçamın içliyi qalır. Əlavə içlik əmək kitabçasını əvəz edirmi? Əgər etmirsə, mən nə etməliyəm?Eyvaz ƏSGƏROV,Lənkəran şəhəri.- Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçası əsas iş yerində açılır və orada da saxlanılır.\ İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları\ na əsasən, \ Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində \ --------\ seriyalı \ -------\ nömrəli içlik açılmışdır\ qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən yazılır.Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə \ Əmək kitabçasına əlavə içlik\ sözləri yazılır, seriyası və nömrəsi göstərilir.Əmək kitabçası olmadan əlavə içlik etibarsızdır.Eyni zamanda Əmək Məcəlləsinin 48-ci maddəsində əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər sırasında \ əmək kitabçasının içliyi\ yox, \ əmək kitabçası\ sözləri qeyd edilmişdir.48-ci maddənin tələbindən göründüyü kimi, həm də Qaydalarda əmək kitabçasının əlavə içliyi haqqında yazılanlara əsasən bildiririk ki, əmək müqaviləsi əlavə içliklə bağlana bilməz.Siz sonuncu iş yerinə müraciət edib əmək kitabçasının dublikatını almaqla yeni iş yerində əmək müqaviləsi bağlaya bilərsiniz.2 aylıq sınaq müddəti ilə əmək müqaviləsi bağlamışdım. İşəgötürən işimdən qane olmadığını bildirib əmək müqaviləsinə xitam verdi. Bu, düzgündürmü?Ağazaman MƏMMƏDOV,Şəki rayonu.- Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.Həmin Məcəllənin 53-cü maddəsinə görə, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq müddəti zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər.Bundan əlavə, Məcəllənin 60-cı maddəsinin d) bəndində müəyyən edilmişdir ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər.2 aylıq sınaq müddəti ərzində əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişsə, deməli, müvafiq əmək funksiyasını icra etmək bacarığınız və ya peşəkarlıq səviyyəniz işəgötürəni qane etməmişdir.Əgər hesab edirsiniz ki, əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək hüquqlarınız pozulmuşdur, bu zaman hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət edə bilərsiniz.1) 65 yaşa görə 15.09.2015-30.06.2016-cı il müddətə bağlanmış əmək müqaviləsi əsasında (müqavilədə əlavə heç bir şərt göstərilməyib) orta məktəbdə (12 saat) dərs demişəm. İyulun 1-dən məzuniyyət hesablanır. Sentyabr ayının əməkhaqqı 95.50 manat, oktyabr-yanvar ayları üçün 191x4=764.0 manat, (4,5 aya cəmi: 95.50+764.0=859.50 manat əməkhaqqı x 1.1 (indeksasiya əmsalı)=945.45 manat), fevral-iyul ayları üçün 210x5=1050.0 manat, cəmi: 945.45+1050.0=1995.45 manat ümumi əməkhaqqı cəmlənmişdir. Sizdən çox xahiş edirəm, həmin məbləğə əsasən 01 iyul tarixdən mənə (yəni məzuniyyət, yoxsa son haqq-hesab) nə qədər pul hesablanmasını (mümkünsə, hesablanma qaydasını göstərməklə) bildirəsiniz.2) Bildirirəm ki, Ağdam mühasibatlığında 65 yaşı tamam olan, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlərə keçənilki məzuniyyət (onların dili ilə desək, raşot pulu) pulu nəzərə alınmadan 9 aylıq əməkhaqqının cəmini 9 aya və 30.4-ə bölüb 41 günə vururlar. Bu nə dərəcədə doğrudur və qanunla necə hesablanmalıdır?Bəhram XƏLİLOV,Ağdam rayonu.- 65 yaşı tamam olmuş, müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə 2015-ci il on beş sentyabrdan 2016-cı il otuz iyunadək bağlanmış həmin müqaviləyə xitam verilərkən onlara həmin dərs ili üçün istifadə etmədikləri məzuniyyət və ya bu məzuniyyətə görə pul əvəzi yox, qanunvericilikdə nəzərdə tutulmuş qaydada son haqq-hesab (məktubunuzda qeyd etdiyiniz raşot pulu) hesablanıb verilir. Son haqq-hesab verilərkən Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən, işlənilən tam ayların sayı götürülür. Məzuniyyət dövründə işləmədiklərindən məzuniyyətin pulu son haqq-hesab zamanı nəzərə alınmır.Məktubunuzda qeyd etdiyiniz əməkhaqqı məbləğinə və ayların sayına əsasən, son haqq-hesabın hesablanma qaydasını izah edirik. Belə ki, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə 15.09.2015-ci ildən 15.06.2016-cı il tarixinə olan dövr üçün son haqq-hesab hesablanarkən:1) 56 təqvim günü müddətində verilən məzuniyyət 12 təqvim ayına bölünməklə bir aya düşən məzuniyyət günlərinin sayı tapılır (56:12=4,7).2) Bir aya düşən məzuniyyət günlərinin sayı faktik işlənən tam ayların sayına (9 ay 15 gün işləyənlər üçün tam ay olaraq 9 ay götürülür, sentyabrın 15-dən oktyabrın 1-dək olan müddət tam ay olmadığı üçün günlərin sayına daxil olunmur) vurulur və işçiyə düşən məzuniyyət günlərinin sayı tapılır (4,7x9=42).3) 9 ayın əməkhaqqı cəmlənir və ayların sayına (9 aya) bölünməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Sizin əməkhaqqında:4 ay x 191 manat = 746 manat x 1,1 (həmin dövrün indeksasiya əmsalı) = 840,40 manat5 ay x 210 = 1050 manatCəmi 9 ayın əməkhaqqı-840,40 + 1050 = 1890,40 manatOrta aylıq əməkhaqqının məbləği-1890,40 manat : 9 ay = 210,04 manat4) Alınan rəqəm ayın təqvim günlərinin orta illik miqdarına (Əmək Məcəlləsində bu, 30,4 qəbul edilmişdir) bölünür və birgünlük əməkhaqqı tapılır (210,04 manat: 30,4=6,91 manat).5. Birgünlük əməkhaqqı işçiyə düşən məzuniyyət günlərinin sayına (Sizin üçün 42-yə) vurulur və beləliklə də, işçiyə verilən son haqq-hesabın miqdarı tapılır (42 gün x 6,91 manat = 290,22 manat).Nəticə olaraq bildiririk ki, 9 ay yarım müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərə son haqq-hesab verilərkən keçənilki məzuniyyət pulu nəzərə alınmadan 9 aylıq əməkhaqqının cəminin 9 aya və 30,4-ə bölünüb hesablanması qanunun tələblərindən irəli gəlir. Lakin bu hesablamada bir aya düşən məzuniyyət günlərinin sayının bizim fikrimizcə 4,6 yox, 4,7 götürülməsi daha düzgün olardı və biz son haqq-hesabın hesablanmasında bu rəqəmdən istifadə etdik. Kimlər məhkəmədə nümayəndə qismində çıxış edə bilməz?Hidayət ZAMANLI,Zaqatala rayonu.- Mülki Prosessual Məcəllənin 69-cu maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər. Nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə göstərilməlidir.Qanunvericilik nümayəndə ola bilməyən şəxslərin dairəsini Mülki Prosessual Məcəllənin 71-ci maddəsində dəqiqləşdirmişdir. Maddəyə əsasən-1.Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər;2.Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanların səlahiyyətli təmsilçiləri və ya qanuni mümayəndələr kimi iştirak etdiyi hallar istisna olunmaqla;3.Şəxs mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa,-onda bu şəxslər məhkəmədə nümayəndə qismində çıxış edə bilməzlər.Sadalanan şəxslər istisna olmaqla məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər.