İpoteka ilə bağlı yeni modellər


Baxıldı : 300

Tarix : 2015-11-06 04:35:00


Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, yeni Azərbaycan İpoteka Fondu\ ASC yaradılıb. Əsas fəaliyyəti sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılmasına, bu sahədə şəffaflığı təmin etməyə xidmət edən qurumun strukturu formalaşır. ASC ölkə əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin yaradılmasına, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirəcək. Maliyyə naziri Samir Şərifov bildirib ki, ipoteka kreditləri üzrə faizlərin aşağı salınması, məbləğinin artırılması istiqamətində addımlar atılır. Həmçinin sosial ipotekanın Almaniya modelinin tətbiqi də istisna olunmur. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial yardımla kifayətlənmək məqsədəuyğun hesab edilmir. Sosial ipotekanın mənbələri dövlətin maliyyə resursları ilə yanaşı, digər əlavə mənbələr hesabına formalaşır. Bu isə ipoteka rezervlərinin ən azı 2-3 dəfə artması deməkdir. Yeni təkliflərdən biri isə beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin \ ekonom klass\ mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir.ELBRUS