İpoteka kreditlərində yeni addım


Baxıldı : 202

Tarix : 2015-10-30 05:12:00


Bundan sonra dövlətin daşınmaz əmlak və xüsusən də mənzil bazarına nəzarət imkanları artacaq.İqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca \ Azərbaycan İpoteka Fondu\ Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib.Ekspertin fikrincə, prezidentin \ Azərbaycan İpoteka Fondu\ Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalaması mühüm və olduqca zəruri addım oldu: \ Birincisi, bu sahədə yeni və müstəqil bir qurum yaradıldı. Hansı ki, sözügedən cəmiyyət bilavasitə ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmini yeniləməyə, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunması ilə bağlı işlərin indi daha uğurla və müsbət yerinə yetirməsinə yardım edəcək.İkincisi, fərmanla yeni yaradılan qurumun ipoteka kreditləşməsinə cəlb etdiyi vəsaiti yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti kreditin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, o cümlədən təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisi başa çatdığı haqda məlumat verilmiş yaşayış evlərinin alınması üçün verəcəyi göstərilib\ .Aliyə SƏMƏDOVA