Prezident 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb


Baxıldı : 375

Tarix : 2017-12-27 18:48:41


Prezident İlham Əliyev"Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə Sərəncam imzalayıb.

Nazirlər Kabinetinə həvalə olunub ki, Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsin.

Bundan başqa, Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.

Həmçinin Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat versin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.