Prezident ...


Baxıldı : 379

Tarix : 2015-10-23 01:47:00


Prezident seçkilərində, Milli Məclisə deputat seçkilərində və bələdiyyə seçkilərində bülletenlər olur. Bilmək istəyirəm, bu bülletenlər hansı qaydada hazırlanır? Namizədlər vəzifələrinə əsasən bülletendə yer alır, yoxsa başqa qayda mövcuddur? Hansı partiyaya üzv olduğu mütləq qeyd olunmalıdırmı?Ərkinaz SƏLİMOVA,Sumqayıt şəhəri.-Milli Məclisə seçkilər zamanı seçki bülletenlərinin hazırlanması qaydası da Seçki Məcəlləsində əks olunmuşdur. Məcəllənin 99-cu maddəsinə əsasən, seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 166-cı maddəsinə əsasən, birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.Seçki bülletenində adıçəkilən Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.Qaunvericiliyə əsasən, seçki bülletenində qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.Bu yaxınlarda Milli Məclisə seçkilər keçiriləcək. Seçkilər hansı əsasla aparılır və neçə deputat seçilir? Bir dairədən bir neçə namizəd irəli sürülübsə, onlardan neçəsi deputat seçilə bilər?Dilşad ƏLİYEVA,Lerik rayonu.-Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiyamıza əsasən, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. Milli Məclisə seçkilərin əsasları və deputatların say tərkibi haqqında məlumatlar həm Konstitusiyada, həm də Seçki Məcəlləsinin müvafiq maddələrində qeyd edilmişdir.Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Seçki Məcəlləsinin 143-cü maddəsinə əsasən, Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat seçilir. Milli Məclisin deputatlarının sayı Konstitusiyanın 82-ci maddəsində də qeyd edilmişdir. Bir dairədən bir neçə namizəd irəli sürülsə də, qanunvericiliyə əsasən, bir dairədən yalnız bir deputat seçilə bilər. Azərbaycan Respublikasının Milli Məclisi hansı məsələyə görə qaydalar müəyyən edir? Belə qaydaların bir neçəsi mənə məlumdur. Amma hamısını bilmək istəyirəm. Bu qanunlar hansı səs çoxluğu ilə qəbul olunur? Mümkünsə, izah edəsiniz.Şahverdi ƏBİLOV,Bakı şəhəri.-Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar Konstitusiyanın 94-cü maddəsində göstərilmişdir. Burada qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:1) bu, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;4) referendum;5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;9) dövlət təltifləri;10) fiziki və hüquqi şəxslərin statusu;11) mülki hüquq obyektləri;12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;16) əmək münasibətləri və sosial təminat;17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;18) müdafiə və hərbi qulluq;19) dövlət qulluğu;20) təhlükəsizliyin əsasları;21) ərazi quruluşu; dövlət sərhədi rejimi;22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;23) rabitə və nəqliyyat işi;24) statistika, metrologiya və standartlar;25) gömrük işi;26) ticarət işi və birja fəaliyyəti;27) bank işi, mühasibat, sığorta.II. Bu maddənin 2,3,4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.III. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.Eşitmişəm ki, Milli Məclisin deputatları toxunulmazdır, heç bir məsuliyyətə cəlb edilə bilməzlər. Onların toxunulmazlığı ləğv oluna bilərmi? Əgər ləğv olunarsa, bu, hansı qaydada həyata keçirilir?Rza ƏLƏSGƏROV,Gəncə şəhəri.-Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı Konstitusiyanın 90-cı maddəsində qeyd edilmişdir. Konstitusiyaya əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.Konstitusiyanın 91-ci maddəsi ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qadağalar da qoyulmuşdur.Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.Seçkilərdən sonra bəzən mətbuatdan \ seçki baş tutmadı\ və ya \ seçkilər etibarsız sayıldı \ ifadələrini eşidirik. Seçkinin baş tutmaması və etibarsız sayılması arasında fərq varmı?Səlim MƏCİDOV,Bakı şəhəri.-Birinci növbədə qeyd edək ki, seçkilərin baş tutmaması dairə seçki komissiyası tərəfindən müəyyən olunursa, seçkilərin etibarsız hesab edilməsi ya dairə seçki komissiyası, ya da Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Hər iki hal Seçki Məcəlləsinə əsasən müəyyən olunur. Məcəllənin 170.1-ci maddəsi ilə dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.170.2-ci maddəyə əsasən isə, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:- səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;- birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; - məhkəmənin qərarı əsasında.Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.