Prezidenti...


Baxıldı : 349

Tarix : 2016-03-05 06:14:00


Prezidentin 07.12.2015-ci ildə verdiyi Fərmanda qeyd edilir ki, 2016-cı ildə adambaşına düşən yaşayış minimumunun həcmi 136 manatdır.Adambaşına düşən gəlir 136 manatdan azdırsa, onda bank həmin ailədən kredit tuta bilməz. Fərmanda deyilir ki, əgər banklar tərəfindən vətəndaşlara təzyiq edilirsə, onda həmin şəxslər məhkəməyə və ya Milli Məclisə müraciət edə bilərlər. Bu zaman banklara hansı sənədlər təqdim olunmalıdır və bu proses necə tənzimlənməlidir?Toğrul MƏMMƏDOV,Lənkəran şəhəri.-Azərbaycan Respublikasının Prezidenti tərəfindən son günlər əhalinin maddi rifahının yaxşılaşdırılması üçün bir neçə Fərman və Sərəncam imzalanmışdır.Qeyd etdiyiniz yaşayış minimumu haqqında isə 20 oktyabr 2015-ci ildə Prezident tərəfindən \ Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında\ Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda əhalinin əsas sosial-demokrafik qrupları üzrə yaşayış minimumunun məbləği təyin edilmişdir. Belə ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilmişdir.Lakin qeyd olunan Qanunda banklara vətəndaşların borclu olması haqqında heç bir müddəa yoxdur. Hər bir vətəndaş kredit götürmək üçün müraciət edə bilər və banklar müəyyən girov və ya əməkhaqqı müqabilində onlarla müqavilə bağlayır. Mülki Məcəlləyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Bankla aranızda bağlanmış müqavilə hər iki tərəfin razılaşdırılmış iradə ifadəsidir. Qeyd etdiyiniz müqavilə həmin kredit təşkilatı (bank) və Sizin tərəfinizdən imzalanmışdır. Mülki Məcəllənin 399.1. maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hər hansı bir tərəf müqavilə şərtlərini pozduqda, digər tərəf Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada məhkəməyə müraciət edə bilər.Piano müəlliməsiyəm. İxtisasım üzrə əməkdar müəllim adına layiq görülmüşəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 1998-ci ildən əmək veteranıyam. İşləmək qabiliyyətim olsa da, 2012-ci ildə 70 yaşımda öz razılığım olmadan məni işdən uzaqlaşdırdılar. Bunun nə dərəcədə düzgün olub-olmamasını bilmək istəyirəm.Raisə DADAŞOVA,Bakı şəhəri.-Qüvvədə olan qanunvericiliyə görə, büdcədən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi müəyyən edilmişdir.Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.Yaşınız 70 olduğu üçün çalışma müddətinin uzadılması ƏM-in tələblərinə uyğun olmamış və nəticədə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir.Qeyd edək ki, çalışma müddətinin uzadılması zamanı işçinin razılığı tələb olunsa da (ƏM, maddə 10-1.6), çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin razılığı tələb edilmir. ƏM-in 70-ci maddəsi \ İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları\ adlanır. Maddənin \ e\ bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilir ki, bu zaman da işçinin razılığı tələb olunmur.Lakin 31 oktyabr 2011-ci ildə Nazirlər Kabineti 180 nömrəli qərarla \ Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları\ nı təsdiq etmişdir. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə də çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlardan biridir.Əgər Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüsünüzsə, onda çalışmanın yaş həddi 5 ildən artıq uzadıla bilərdi.