Prezidentin rayonlara səfəri Ölkə başçısı bir sıra sosial obyektlərin açılışında iştirak edib


Baxıldı : 103

Tarix : 2020-06-05 05:42:49


İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfər edib.

Tərtər rayonuna səfəri çərçivəsində dövlətimizin başçısı Dövlət Rəmzləri Muzeyinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Tərtər Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının və 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub. 

Ağcabədi rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi və Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib. Dövlətimizin başçısı həmçinin dənli bitki toxumlarının emalı zavodunun,  “ASAN xidmət” mərkəzinin və “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.