Prioritet məsələlər müzakirə olunub


Baxıldı : 98

Tarix : 2017-12-15 22:00:32


 

Dekabrın 12-13-də Moldovanın paytaxtı Kişinyovda Pan Avropa Regional Şurası həmkarlar ittifaqı şəbəkələrinin MDB ölkələrinin əməyin mühafizəsi üzrə nümayəndələrinin görüşü keçirilib.

Tədbirin əsas məqsədi müxtəlif ölkələrdə həmkarlar ittifaqlarının fəaliyyətinin prioritetlərini müəyyən etmək olub. Görüşdə Moldova, Ukrayna, Belarus, Özbəkistan, Qırğızıstan, Rusiya və Gürcüstandan əməyin mühafizəsi sahəsinin mütəxəssisləri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin iştirak ediblər.

Avropa Həmkarlar İttifaqı İnstitutunun (EPİ) mütəxəssisləri Viktor Kempa və Olqa Nikolae  çıxışlarında milli qanunvericiliklərin BƏT-in konvensiyalarına, Avropa İttifaqının qanunvericilik və tənzimləmə sistemlərinə uyğun təcrübəsini, həmçinin  bu prosesdə həmkarlar ittifaqlarının mövqeyi və rolu kimi məsələləri açıqladılar.

Təqdimat zamanı AHİK-in şöbə müdiri V.Arqutkin  əməyin mühafizəsi, təhlükəsiz  "yaşıl" iş yerlərinin yaradılması, zərərli istehsal amillərindən qorunma ( hər hansı zədə və peşə xəstəliyi) və digər sahələr üzrə təmsil etdiyi qurumun iş təcrübəsini bölüşdü.

Yığıncaqda iştirakçılar professional yeniliklərin artırılması, müxtəlif səviyyələrdə profilaktik siyasətlərin həyata keçirilməsini də  müzakirə ediblər.

Yekunda iştirakçılar tərəfindən bu müddəalar  irəli sürülüb: nəyə nail olunub, dünyanın yaranan yeni problemlərindən çıxış edərək praktiki işin yenilənməsini tələb etmək üçün nə lazımdır?