Problem Boloniya sistemində deyil


Baxıldı : 273

Tarix : 2015-01-24 05:48:00


Azərbaycanın müstəqillik əldə etməsindən 25 il vaxt keçsə də, hələ də bir sıra sahələrdə aparılan islahatlar yekunlaşmayıb. Ölkəmizdə bu illərdə təhsil sahəsində aparılan islahatlar da birmənalı qarşılanmır. Hələ də sovet təhsil sisteminin daha keyfiyyətli təhsil verdiyi vurğulanır. Maraqlıdır, yeni təhsil sistemi gözləntiləri nə zaman doğruldacaq?Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə problemin Boloniya sistemində olmadığını vurğulayır: \ Artıq illərdir akademiya sistemi ilə universitet, ali təhsil sistemi arasında görünməyən, lakin gizli bir qarşıdurma var. Akademiya rəhbərliyi Boloniya sistemindən irəli gələn elmi dərəcələrin verilməsi prinsiplərilə razılaşmır. Halbuki ali məktəb rəhbərliyi, Təhsil Nazirliyi, həmçinin Akademiya rəhbərliyi çox gözəl bilir ki, elmi dərəcələrin verilmə qaydaları dünya təcrübəsindən bəllidir. Bu gün isə müdafiələr əsasən sovet ruhunda, lakin adı dünya sisteminə uyğun, Boloniya sisteminin bir şərtinə uyğun şəkildə gedir. Yəni müdafiələrdə, elmi dərəcələrin alınmasında çox çətin problemlər var. Monitorinqlər aparılsa, dəhşətli plagiat faktları ortaya çıxar. Amma bunun günahını Boloniya sisteminin boynuna yıxmaq düzgün deyil\ .E.Əliyev deyir ki, Azərbaycanın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsini, müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır. Xalid AZƏR