Problemin həlli üçün mübarizə aparırıq


Baxıldı : 29

Tarix : 2017-11-10 21:40:59


İndustriALL Qlobal İttifaqının və 50-yə yaxın ölkənin həmkarlar ittifaqı təşkilatının nümayəndələri Şri-Lankanın paytaxtı Colomboda keçirilən tətildə iştirak ediblər. Etirazçılar əməkhaqqı ilə bağlı qanunvericiliyin 59-cu maddəsinin dəyişməsini tələb ediblər. Aksiyanı təşkil edən yerli həmkarlar ittifaqı təşkilatları əmək müqavilələrinin sistemləşdirilməsinə, təhlükəsizlik və maaşlarla bağlı maddələrin yenidən hazırlanmasına səy göstərirlər.

İndustriALL-ın baş katibi Valter Sançez aksiyada bildirib ki, buraya Şri-Lankalı həmkarlarımıza dəstək olmaq üçün gəldik: "Ölkədə bir sıra sektorda işəgötürmə zamanı əmək müqaviləsinin hazırlanmasında və buna əməl olunmasında ciddi sıxıntılar var. Biz bu problemlərin həlli üçün mübarizə aparırıq".

İndustriALL-ın katibi Jörq Hofman aksiya iştirakçılarına müraciətində deyib ki, bütün dünya Şri-Lankadakı işçilərin üzləşdikləri problemlərdən xəbərdardır və onların maaş və təhlükəsiz əmək şəraiti ilə bağlı tələbini dəstəkləyir: "Əmək müqaviləsi imzalanmadan işə qəbul, yaxud müvəqqəti müqavilələr çalışanların işəgötürənə inamını azaldır. Biz ölkədə vəziyyəti dəyişmək istəyirik. Hazırda eyni problem digər Asiya ölkələrində də yaşanmaqdadır".

Əmək Məcəlləsində hazırda tələb oluna

n dəyişikliklər 2009-cu ildə hökumətə təqdim edilib. Lakin bu yöndə heç bir addımın atılmaması, yerli həmkarlar ittifaqı təşkilatlarını aksiyaya sövq edib.

Qeyd edək ki, 8-9 noyabrda Şri-Lankanın paytaxtı Colomboda İndusriALL Qlobal ittifaqı və ona üzv olan təşkilatların nümayəndələrinin iştirakı ilə icraiyyə komitəsinin iclası keçirilib.

 

Cavid Səfərov