Problemin həllində dəstək önəmlidir


Baxıldı : 34

Tarix : 2019-11-29 18:42:31


İngiltərənin Bredford şəhərində yerləşən muzey və kitabxanalarda çalışanlar iş saatlarının yenidən sistemləşdirilməsi ilə bağlı bir müddətdir ki, tətil elan edib. Unite Həmkarlar İttifaqı önümüzdəki həftə tətil və aksiyaların  sayının artacağını bildirib və proqram ictimaiyyətə təqdim edilib. İttifaqın bölgə üzrə nümayəndəsi Mark Martin  üzvlərinin hüquqlarının müdafiəsi üçün əllərindən gələn yardımı edəcəklərini bildirib. O, həmçinin yerli əhalinin dəstəyini diqqətə çatdırıb. Qeyd edib ki, son iki həftədə 100-ə yaxın dəstək məktubu aldıq: “Sosial mediada da  bölgədə yaşayanlar aksiyamıza dəstək olur və  şəhər bələdiyyəsinə tələblərin həlli ilə bağlı müraciətlər ünvanlayırlar. Düşünürəm ki, problemin həllində bu dəstək çox önəmlidir. Bunun sayəsində Bredford şəhər bələdiyyəsi məclis çağırıldı və aksiyaçıların tələbləri müzakirə olundu.  Biz də şəhər əhalisindən gələcəkdə daha yüksək səviyyəli xidmət üçün bu gün bizimlə birlik olmalarını istəyirik.

CAVİD