Problemləri həll etməyin vaxtı çatıb


Baxıldı : 156

Tarix : 2015-11-13 03:08:00


Noyabrın 9-da Avstraliyanın beynəlxalq hava limanlarında sərnişinlərin və yüklərin qeydiyyatı, həmçinin onların gömrük və sərhəd nəzarət məntəqələrindən keçməsi ilə bağlı ciddi ləngimələr yaşanıb. Buna səbəb sərhəd xidməti əməkdaşlarının tətili olub. 24 saatlıq aksiya səkkiz beynəlxalq aeroportu əhatə edib.Məlumat üçün bildirək ki, etirazçılar indiyədək əlavə iş saatlarına və növbələrə görə ödənilən kompensasiyanın hökumət tərəfindən ləğv edilməsinə qarşı çıxıblar və bu tətil son üç ayda sayca üçüncüdür. Avqust və sentyabr aylarında baş tutan ilk iki tətil heç bir nəticə verməmişdir.\ Bizim mübarizə artıq bir ildən çoxdur ki, davam edir və hökumətin danışıqlar masası arxasında əyləşərək yığılıb qalmış problemləri həll etməsinin vaxtı çatıb\ , - deyə Dövlət Qulluğu İşçilərinin Həmkarlar İttifaqının milli katibi Nadin Flad bildirib.Qeyd edək ki, etiraz aksiyasında ümumilikdə sərhəd xidmətinin 5 minədək əməkdaşı iştirak edib.Elçin ZAKİRİ