Problemlər müzakirə edilib


Baxıldı : 256

Tarix : 2016-12-10 08:23:10


İsrail Respublikasının Qüds şəhərində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Federasiyası (BHİF) Şurasının iclası keçirilib. Tədbir iştirakçıları şuranın ötən iclasından bəri görülən işləri, ortaya çıxan problemləri müzakirə etdilər.

İclası giriş sözü ilə BHİF-in prezidenti V.Şevçenko açdı. Sahə üzrə yaşanan problemlərin həlli yollarının birgə araşdırılmasının vacibliyini vurğuladı. Tədbirə qonaq qismində dəvət olunan İsrail Respublikasının İmmiqrasiya naziri Landver Sofa, Ümumisrail Həmkarlar İttifaqları Federasiyasının sədri İnsankoren Avi və İsrail Dövlət İşçiləri Həmkarlar İttifaqının sədri Ariel Yacobi çıxış edərək şuranın işinə müvəffəqiyyətlər apzuladılar. MDB dövlətlərindən köçüb gəlmiş on minlərlə işçi qüvvəsinin ölkə iqtisadiyyatının dirçəlməsindəki rolundan, kollektiv müqavilə və sazişlərin hazırlanması metodlarından, əməkhaqlarının qaldırılması istiqamətində əldə edilən uğurlardan danışdılar.

Tədbirdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Gənclər Şurasının sədri Şaiq Əhmədov çıxış edərək ölkəmizdə həmkarlar ittifaqlarının işçilərin sosial rifah halının yaxşılaşdırılması, onların istirahətlərinin təşkili və sair sahədə həyata keçirdiyi tədbirləri iştirakçıların diqqətinə çatdırdı.

Tədbir çərçivəsində qonaqların Qüdsün müqəddəs yerlərinə gəzintisi təşkil olundu.

Azər MUSTAFAYEV