Problemli kreditlərin həlli


Baxıldı : 682

Tarix : 2015-10-23 01:49:00


Son zamanlar əhalinin banklara olan kredit borcları artmaqdadır. Bankdan götürdüyü krediti qaytara bilməyən şəxslərin krediti isə onlara zamin duranlardan alınır. Amma hazırda banklar bunun daha asan yolunu tapıb. Bank tərəfindən kreditə görə zamin durmuş şəxslərin əməkhaqqı kartlarından ödənilməmiş kredit qalığı çıxılır. Buna görə də kredit üzrə problem yaranan kimi bank borcu kartdan tutur.Maraqlıdır, borclunun kreditinin zamin duran şəxsin əməkhaqqı kartından bu şəkildə tutulması doğrudurmu?Məsələyə münasibət bildirən bank üzrə ekspert Əkrəm Həsənov deyir ki, adətən kredit müqaviləsində təsbit edilir ki, borclunun/zaminin banka borcu olarsa, bank həmin borcu kartdan silə bilər: \ Amma əgər vətəndaş maaşını nağd şəkildə, yaxud digər bankdakı maaş kartı vasitəsilə alsa, belə problemlə üzləşməzdi. Çünki bank məcbur olacaqdı ki, borclunu/zamini məhkəməyə versin. Məhkəmə də, təbii ki, onun maaşının yalnız elə hissəsini tuta bilərdi ki, özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün vəsait qalsın. Bu halda banka qəpik-quruş çatacaqdı. Məsələn, əgər vətəndaşın maaşı 500 manatdır və himayəsində həyat yoldaşı, iki uşağı var. \ Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında\ qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manatdır. Beləliklə, həmin şəxsin ailəsinin yaşayış minimumu 496 manatdır (140+140+108+108). Deməli, banka ən yaxşı halda ayda cəmi 4 manat qalacaq. Vətəndaş sübut etsə ki, zəruri digər xərcləri də var (məsələn, ailə üzvündən kimsə xroniki xəstədir və daim müalicəsi üçün pul tələb olunur və s.), banka, ümumiyyətlə, heç nə çatmayacaq. Yaxşı, bəs vətəndaş necə etsin ki, bank tərəfindən kartından maaşının tutulmasına son qoysun? Əlbəttə, vətəndaş məhkəməyə müraciət edərək tələb edə bilər ki, maaşından tutma yalnız yaşayış minimumu həddindən yuxarı hissədə həyata keçirilsin. Lakin bu, çox uzunmüddətli çəkişmə ola bilər. Buna görə də ən qısa yol ondan ibarətdir ki, vətəndaş işəgötürəndən tələb etsin ki, maaşını ona nağd və ya digər bankdakı hesabına köçürmə yolu ilə versin (yəni borclu olduğu bankın maaş kartını ləğv etdirsin)\ .Ə.Həsənovun sözlərinə görə, eyni yanaşma pensiya/təqaüd kartlarına da aiddir: \ Fərq isə ondan ibarətdir ki, bu halda məsələni işəgötürənlə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə həll etmək lazım olacaq. Məlum olduğu kimi, onlar pensiya/təqaüd kartını verən bankı özləri seçir. Deməli, vətəndaşın acından ölməməsi üçün onun pensiyasını/təqaüdünü başqa yolla da verə bilərlər\ .Xalid AZƏR