İşə qə...


Baxıldı : 400

Tarix : 2015-12-19 05:07:00


İşə qəbul olunmaq üçün müraciət etmişəm. Deyirlər ki, mənimlə müddətli əmək müqaviləsi bağlayacaqlar. Bunu işin qısamüddətli olması ilə əlaqələndirirlər. Əmək müqaviləsinin bu qaydada bağlanması düzgündürmü?Sabir MİRİYEV,Daşkəsən rayonu.- Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (ƏM, maddə 45). Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;müvafiq orqanlar istisna olmaqla seç kili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (ƏM, maddə 47).Bacımın 40 ildən artıq əmək stajı var, 62 yaşın içindədir. Pensiya alır. \ Əmək veteranı\ adı almaq istəyir. Bilmək istəyirəm \ Əmək veteranı\ adı və vəsiqəsi necə verilir, hara müraciət olunmalıdır? Bunun üçün hansı sənədlər lazımdır?Əzizə QAFAROVA,Sumqayıt şəhəri.- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş \ Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında \ Əsasnaməyə əsasən,\ Əmək veteranı\ adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir. Əmək veteranı adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Şəxsin işlədiyi müəssisə ləğv edilmiş olduqda və ya iş yeri dövlət müəssisəsi deyilsə, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır: 1 Ərizə2.Yaşa görə pensiyaçı olması barədə arayış3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil4. Şəxsiyyət vəsiqəsinin surəti5. Əmək kitabçasının surətiHəyat yoldaşımdan 2 aya yaxındır ki, ayrılmışıq. Övladımız yoxdur. Bilmək istərdim, boşandıqdan sonra ərimin vərəsəsi sayılırammı?Sənəm MEHDİYEVA,Salyan rayonu.- Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəziyyət üzrə və ya hər iki əsasla keçir. Ər (arvad) qanun üzrə birinci növbədə vərəsələr sayılırlar. Lakin Məcəllənin 1163-cü maddəsi boşanmış ər-arvadın vərəsəlik zamanı vəsiyyətini müəyyən edir. Burada deyilir: \ Nikahi ləğv edilmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər\ .Adıçəkilən Məcəllənin 1160-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.Qanunvericiliyin bu tələbi baxımından nikahı ləğv edildikdən sonra qanun üzrə vərəsə ola bilməsəniz də, əgər yoldaşınız əmlakını və ya onun bir hissəsini Sizə vəsiyyət edibsə, onda vəsiyyət üzrə vərəsə sayılırsınız.Bir dövlət orqanına müraciət etmişdim. Yazıblar ki, Sizin müraciətiniz baxılmamış saxlanılıb. Bu, qanunidirmi?Ənvər MİRZƏYEV,Sumqayıt şəhəri- \ Vətəndaşların müraciətləri haqqında\ qanunun 8-ci maddəsində müraciətin baxılmamış saxlanılması nəzərdə tutulubdur. Həmin maddənin tələblərinə görə, müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:1) Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; Belə ki, 5-ci maddəyə əsasən:\ Vətəndaşların müraciətləri haqqında\ qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası \ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında\ Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası \ İnformasiya əldə etmək haqqında\ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası \ Məişət zorakılığının qarşısının alınması haqqında\ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Yuxarıda göstərilən məsələlərlə bağlı müraciətlərə baxılması üçün başqa qayda nəzərdə tutulmuşdur.2) Müraciət Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; Yəni:Müraciət anonim olmamalıdır, anonim müraciət qəbul edilmir və onlara baxılmır. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.3) Müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.4) Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda.5) Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilmədikdə, müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə.6) Müraciət etmiş şəxs müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə.Yuxarıda qeyd edilən altı halda müraciət baxılmamış saxlanılır və müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.