Qəhrəmanlıq salnaməsində...


Baxıldı : 182

Tarix : 2015-01-24 04:54:00


parlaq səhifəYanvarın 19-da \ Xidmət -İş\ Həmkarlar İttifaqları Federasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyası \ 20 Yanvar- əsarətin son gecəsi\ mövzusunda yığıncaq keçirmişdir. Tədbiri Federasiyanın birinci vitse- prezidenti Sadət Tahirova açaraq 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Sonra çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi- hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həllini tapmışdır.Heydər Əliyev 20 Yanvar faciəsinə həsr olunmuş iclasda demişdi: \ Yanvarın 20-nə keçən gecə Azərbaycan xalqına qarşı siyasi, mənəvi təcavüz edilib, onun sinəsinə süngü sancılıb, dəhşətli cinayətlər törədilib...\ S.Tahirova sözünə davam edərək demişdi: Qanlı Yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonuna sovetlər ittifaqının qoşun hissələri, fövqəladə vəziyyət elan edilmədən, yeridilmiş, dinc əhaliyə divan tutulmuş, onlarla insan qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, itkin düşmüşdür”.Sadət xanım həmin faciəli gecənin səbəblərindən danışarkən qırğınları Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin xalqımızın mənafeyinə zidd siyasətinin nəticəsi kimi qiymətləndirmişdir. Demişdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin apardığı qeyri- obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu.20 Yanvar faciəsi bütün dünyada böyük əks - səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. S.Tahirova çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gətirdiyi sitatla bitirmişdir: \ 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq- ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar\ . B.RZAYEV