Qələbə ilə yekunlaşan kampaniya


Baxıldı : 176

Tarix : 2015-11-06 04:24:00


Meksikanın Elektroenergetika İşçilərinin Həmkarlar İttifaqı SME\ vacib qələbə qazanıb. Altı il davam edən mübarizə, müqavimət və danışıqlardan sonra federal hökumət ilə həmkarlar ittifaqı arasında saziş imzalanıb. Sazişə əsasən SME\ -yə bir sıra elektrik stansiyalarında iş prosesinə nəzarət etmək imkanı verilib. Bu isə o deməkdir ki, 2009-cu ildən işsiz qalan minlərlə insan yenidən iş yerlərinə qayıdacaq.Məhkəmə zallarında və siyasi arenada apardığımız kampaniya hökumət və həmkarlar ittifaqı arasında bağlanmış sazişlə başa çatıb. Bununla da elektrik stansiyalarının idarə edilməsi SME\ və Mota Engil\ şirkəti tərəfindən yaradılmış Fenix\ kompaniyasına verilib\ , - deyə həmkarlar ittifaqının baş katibi Martin Esparza Flores bildirib.2009-cu ildə hökumətin fərmanını icra edən güc strukturları elektroenergetika sənayesində çalışan 44 mindən çox əməkdaşı Luz y Fuerza del Centro\ dövlət şirkətinin müəssisələrindən zor tətbiq edərək uzaqlaşdırmışdılar. O vaxtdan həmkarlar ittifaqının 16599 üzvü öz hüquqları uğrunda mübarizə aparırdı. Nəticədə keçirilən altıillik kampaniyadan sonra SME\ öz məqsədinə nail olub. Federal hökumət həmkarlar ittifaqının nəzarətinə on dörd su və bir istilik elektrik stansiyasını verib.E.Flores deyib ki, əməkdaşlar əvvəllər işləmiş olduqları istehsal sahələrinə qayıdaraq və yenidən öz iş kombinezonunu geyinərək ikili hisslər keçirirdilər. Hökumət həmkarlar ittifaqına elektrik stansiyalara nəzarətlə yanaşı, enerji obyektlərinə xidmət göstərilməsi üçün 40 bina, fabrik və emalatxana həvalə edib. İstehsal prosesinin işə salınması mühüm addım olduğuna baxmayaraq, SME\ gələcəkdə də pozulan hüquqları uğrunda mübarizə aparan bütün üzvlərinə iş yerlərinin verilməsini təkid edəcək.Elçin ZAKİRİ