Qənaət paketinə başlanıldı


Baxıldı : 324

Tarix : 2015-01-17 12:00:00


Maliyyə Nazirliyi (MN) neftin qiymətinin aşağı düşməsini və neft gəlirlərinin azalmasını nəzərə alaraq 2015-ci ildə bir sıra xərcləri azaltmağa qərar verib. Dövlət büdcəsindən bir sıra infrastruktur layihələrin və əsaslı təmir üzrə işlərin miqyasının azaldılması, bu istiqamətlər üzrə vəsaitlərin müəyyən hissəsinin \ qayçılanması\ , bəzi layihələrin icrasının təxirə salınması nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifov bildirib ki, artıq səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiqinə başlanılacaq. Ölkə başçısının tapşırığına uyğun olaraq dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək. Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən S.Şərifov bildirib ki, bu il dövlət vəsaitlərinin xərclənməsinə də ciddi nəzarət olunacaq. Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərə nəzarət gücləndiriləcək, artıq vəsaitlərin xərclənməsinə və yaxud israfçılığa yol verilməsi hallarına qarşı sərt tədbirlər görüləcək. Regionlardakı məktəb, xəstəxana, incəsənət, elm, humanitar müəssisələrin, kommunal xidmət və sosial infrastruktur obyektlərinin tikintisi, təmiri üçün ayrılmış vəsaitlərin xərclənməsinə diqqətin artırılması üçün rayon və şəhər üzrə maliyyə orqanlarına tapşırıq verilib. Vəsaitlərin istifadəsi zamanı israfçılıq halları olduğu halda, həmin şəxslər barəsində məhkəmə-hüquq orqanları qarşısında vəsatətə qaldırılması bildirilib. Büdcə maliyyəsi qənaətlərinə baxmayaraq, hökumət iqtisadi layihələrə, biznesə, əhalinin sosial müdafiəsinə, sosial inkişaf layihələrinə ayrılan vəsaiti \ qayçılamaq\ niyyətində deyil. Büdcədən sosial layihələrin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm tələbatlarının, prioritet hesab edilən investisiya layihələrinin və digər xərclərin maliyyələşdirilıməsi vaxtında və nəzərdə tutulduğu həcmdə yerinə yetiriləcək. Maliyyə naziri qeyd edib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtında maliyyələşdirilməsi təmin olunacaq.Xalid AZƏR