Qızıl medal qazandı


Baxıldı : 286

Tarix : 2015-11-27 05:56:00


Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə \ Qızıl Qran-pri\ beynəlxalq turnirinin final mərhələsi keçirilib.Sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü pəhləvanları mübarizə aparırlar.Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq. çəki dərəcələrində mübarizə apararaq qalibləri müəyyən ediblər. Yarışlarda 22 güləşçimiz ali mükafat uğrunda qüvvəsini sınayıb.Azərbaycanın idman şərəfini qoruyan idmançılar arasında Cəbrayıl Həsənov (74 kq.) da yer alıb. \ Zenit\ İdman Cəmiyyətinin yetirməsi öz çəki dərəcəsində İran, ABŞ, Türkiyə idmançılarına qalib gələrək final mərhələsinə yüksəlib. Birincilik uğrunda gedən mübarizədə isə Rusiya güləşçisi Xetik Tçabolov ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma 12:8 hesabı ilə idmançımızın xeyrinə yekunlaşıb. C.Həsənov turnirin qızıl medalını qazandı.Xatırladaq ki, noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.Azər