Qabaqcıl işçilər mükafatlandırıldı


Baxıldı : 52

Tarix : 2019-09-27 17:52:16


“Azərikimya” İstehsalat Birliyində “Əsrin müqaviləsi”nin 25 illiyinə və 20 Sentyabr - Azərbaycan Neftçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Kimyaçılar öncə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri düzmüşlər.

Sonra tədbir Birliyin konfrans zalında davam etdirilmişdir.

Birliyin etilen-polietilen zavodunun, təmir-tikinti idarəsinin və idarəetmə aparatının ümumilikdə 20 nəfər əməkdaşına rəhbərlik və həmkarlar ittifaqı komitəsi tərəfindən Fəxri Fərman və pul mükafatları təqdim olunmuşdur.