Qaçış yarışlarında birinci olublar


Baxıldı : 61

Tarix : 2020-01-31 15:57:51


Yanvarın 25-də Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatına yekun vurulub.

Çempionatda kişi və qadın atletlər 60, 200, 400, 800 və 3000 metr məsafələrə qaçış yarışlarında güclərini sınayıblar. Bundan başqa, atletlər üç təkanla, uzunluğa və hündürlüyə tullanma yarışlarında mübarizə aparıblar.

Qaçış növləri üzrə kişilərin yarışında “Spartak” İdman Cəmiyyətinin yetirmələri Teymur Salahzadə (200 m) və (400 m), qadınların yarışında isə Lamiyə Vəliyeva ( 60 m) və (200 m) birinci olublar.

Qaliblər diplom və medallarla təltif olunublar.