Qadın güləşçilərimiz ilin ilk reytinq siyahısında


Baxıldı : 487

Tarix : 2015-01-10 04:38:00


Güləşçilərimiz müvafiq olaraq 2-ci və 4-cü sırada qərarlaşıb. Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, qadın güləşi üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb. Güləş Federasiyasından verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq 2-ci və 4-cü sırada qərarlaşıb.