Qadın güləşçilərin reytinq siyahısı


Baxıldı : 287

Tarix : 2015-12-12 06:07:00


Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş \ Qızıl Qran Pri\ beynəlxalq turnirinin nəticələri də güləşçilərimizin mövqeyinin yaxşılaşmasına təsir göstərib. Beynəlxalq turnirdə gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 60 kq.-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Digərləri isə ötən siyahıdakı yerlərində qalıblar. Sıralamada \ Zenit\ və \ Məhsul\ idman cəmiyyətlərinin qadın güləşçilərinin adları da var. Eyni çəki dərəcəsində (63 kq.) mübarizə aparan Elmira Qəmbərova (\ Zenit\ İC) 18-ci, Raqnetta Qurbanzadə (\ Məhsul\ İC) isə 19-cu pillədə qərarlaşıb. AZƏR