Qadın portreti rekord qiymətə satılıb


Baxıldı : 266

Tarix : 2015-10-09 02:13:00


Honq-Konqda keçirilən hərracda rəssam Cüzeppe Kastiqlionenin çəkdiyi portret rekord qiymətə satılıb. Çin imperatoru Çinlonqun məşuqəsinin təsvir olunduğu rəsm əsəri nə az, nə çox - 17.6 milyon dollara alıcı tapıb.Portret uğrunda olduqca qızğın mübarizə gedib. 20 dəqiqə davam edən tenderin sonunda adı açıqlanmayan bir milyonçu sərvət ödəməklə portretə sahib çıxıb.Rəsm əsərinin müəllifi kimi qəbul edilən Kastiqlione Çində misyonerlik edərkən rəssamlığa başlayıb. Bacarığı ilə sarayadək gedib çıxan rəssam imperator ailəsinin şəkillərini çəkən yeganə incəsənət adamı kimi də tarixə düşüb.CAVİD