Qadın sahibkarlara maliyyə yardımı


Baxıldı : 245

Tarix : 2015-11-20 05:06:00


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) \ Azərbaycanda qadın sahibkarlığının inkişafı\ layihəsində azərbaycanlı qadın sahibkarlara kişik və orta kreditlər verəcək. ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib ki, sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyir və ABŞ hökuməti islahatların davamlı və səmərəli olması üçün tərəfdaşlıq etməyə hazırdır. Qeyd olunub ki, USAID tərəfindən dəstəklənən \ Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək layihəsi\ ni həyata keçirən ictimai birliklər konsorsiumu qadın sahibkarlığının genişləndirilməsinə dair konkret təklif və tövsiyələr paketi hazırlayıb. Azərbaycanda 400 qadına kiçik sahibkarlıqla məşğul olmağa dəstək göstərmək məqsədilə USAID həmin konsorsiuma əlavə 500 min dollar məbləğində vəsait ayırıb.Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşşenko isə qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması deməkdir. Bildirib ki, Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ölkə başçısı da müəyyən fərmanlar imzalayıb və bu, onların inkişafına təkan verəcək. Araşdırmalar göstərir ki, xanım sahibkarların, eyni zamanda xanımların rəhbərlik etdiyi müəssisələr kişilərlə müqayisədə daha çox gəlir əldə edirlər. L. Leşenko vurğulayıb ki, qadın sahibkarların bütün biznes üzrə 17 faiz qadın rəhbərlər təşkil edir. Bu Avropa ilə müqayisədə çox aşağı göstərici olsa da, ancaq çox böyük irəliləyişdir.ELBRUS