Qadınlar çoxluq təşkil edir


Baxıldı : 213

Tarix : 2016-11-04 05:31:00


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Təşkilatı \ ASAN xidmət\ in xanım əməkdaşları üçün \ Qadın sağlamlığı və sağlam hamiləlik\ mövzusunda seminar təşkil edib. Seminara regionlarda yerləşən \ ASAN xidmət\ mərkəzlərində çalışan xanım əməkdaşlar da onlayn şəkildə qoşulub. Xanımlara ətraflı məlumatlar verilib, onların sualları həkim-ginekoloq tərəfindən cavablandırılıb. Yeri gəlmişkən deyək ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan bu təşkilatda zərif cinsin nümayəndələrinin sağlamlığı, iş şəraiti, əməyinin layiqincə qiymətləndirilməsi və digər tələbləri ilboyu diqqətdə saxlanılır. Onların arzu və təklifləri həmkarlar ittifaqı komitəsi tərəfindən öyrənilir. Onu da qeyd edək ki, HİK-in fəalları sırasında qadınlar çoxluq təşkil edir.Ə.ƏHMƏDOVA