Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?


Baxıldı : 181

Tarix : 2016-04-08 04:39:00


Siqaretin insan orqanizminə ziyanı hər kəsə bəllidir. Lakin o da məlumdur ki, siqaret onu çəkən adamla yanaşı, ətrafındakıların sağlamlığına da mənfi təsir edir. Bu səbəbdən bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilib. Finlandiya, İrlandiya, Böyük Britaniya, Almaniya, Yaponiya kimi ölkələrdə buna görə 50-2500 dollaradək cərimə müəyyən edilib. Yunanıstanda ictimai nəqliyyatda siqaret çəkməyə görə 3000 avro dəyərində cərimə tətbiq olunur. Hətta Finlandiyada yetkinlik yaşına çatmayanları siqaret çəkməyə görə həbs cəzası gözləyir.Azərbaycanda da siqaret çəkilməsinin qadağan edildiyi yerlər var. Bəs qanunla harada siqaret çəkmək qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?Bununla bağlı məsələyə aydınlıq gətirən vəkil, hüquqşünas-ekspert Asif Abdullayev açıqlamasında bildirib ki, qanunvericilik həm qadağan edilmiş yerdə siqaret çəkən şəxslərin, həm də siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmamasında təqsirli olan səlahiyyətli şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.Ekspert bildirir ki, qanunvericiliyə görə bu yerlərdə siqaret çəkmək qadağandır:1. inzibati binalarda, iş yerlərində (fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla);2. bütün ictimai nəqliyyat növlərində (uzaqmənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla);3. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;4. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə.Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır;5. müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə \ siqaret çəkmək qadağandır\ xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidir.A.Abdullayev qeyd edib ki, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər aidiyyəti qurumlar tərəfindən məsuliyyətə cəlb edilirlər: \ Bu baxımdan qadağan edilmiş yerlərdə siqaret çəkən və ətrafdakılar üçün narahatlıq yaradan şəxslər barədə polisə (qaynar xəttə də) müraciət etmək olar.Qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə oluna bilərlər. Müəssisələrdə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə \ siqaret çəkmək qadağandır\ xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə - vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilirlər\ .Qeyd edək ki, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslərin məsuliyyətə cəlb edilməsinə DİN, siqaret çəkmək üçün yer ayırmayanların məsuliyyətə cəlb edilməsi məsələsinə isə, işin hallarından asılı olaraq, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri baxır.Günel RAFAYILQIZI