Qadın zorakılığına qarşı mübarizə


Baxıldı : 116

Tarix : 2017-11-24 23:36:27


"Qadın Zorakılığına Qarşı Mübarizə Günü Beynəlxalq Əmək Təşkilatının Baş Assambleyası tərəfindən 1999-cu il noyabrın 25-də elan edilib. Bu gün təsadüfi seçilməyib. 1961-ci ilin həmin günü Dominikan Respublikası prezidentinin əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı güllələnmişdi. Qadın zorakılığına qarşı mübarizənin rəmzi kimi ağ lent seçilmişdir."

Bu sözlər noyabrın 21-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "25 Noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü" mövzusunda keçirilmiş yığıncaqda səslənmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədr müavini Zenfira Bünyatova demişdir ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ailələri, körpələr, ümumilikdə cəmiyyət əziyyət çəkir. Zorakılıq qadınlara öz potensialından istifadə etməyə imkan vermir, nəticədə iqtisadi inkişaf məhdudlaşır.

Yığıncaqda məruzə ilə Respublika Komitəsinin mütəxəssisi, gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri İlahə Həmidovanın, "Təmiz Dünya" İctimai Yardım Cəmiyyətinin sədri Mehriban Zeynalovanın məruzələri dinlənildi.

Sonra AHİK-in şöbə müdiri Namiq Hüseynov və Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin sədri Cəmilə Səttarova çıxış etdilər. Onlar AHİK-in gender siyasəti barədə ətraflı məlumat verdilər. Qadın zorakılığına qarşı mübarizədə həmkarlar ittifaqlarının həyata keçirdiyi tədbirləri diqqətə çatdırdılar.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.