“Qadınlar sülhün, əmin-amanlığın və dinc yaşayışın təminatçısıdır”


Baxıldı : 165

Tarix : 2018-03-02 23:00:33


Martın 2-də “Xidmət-İş” Hİ Federasiyasının təşkilatçılığı ilə “Qadınlar sülhün, əmin-amanlığın və dinc yaşayışın təminatçısıdır” mövzusunda yığıncaq keçirilmişdir.

Federasiyanın nəzdindəki gender bərabərliyi və qadın problemləri üzrə komissiyaların iştirakı ilə baş tutan tədbirdə zərif cinsin nümayəndələrinin cəmiyyətimizdə gedən proseslərdə fəal iştirakı üçün yaradılan şəraitdən danışıldı. Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova bildirdi ki, bəzi ailələrdə, iş yerlərində qadınlara göstərilən laqeydlik, zorakılıq hallarına son qoymaq istiqamətində aparılan mübarizəyə hökumət strukturları ilə yanaşı, həmkarlar ittifaqları da öz töhfələrini verir. Bu mübarizədə təşkilatımız maarifləndirməyə xüsusi yer ayırır.

Bakıda, bölgələrdə müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, görüşlər keçiririk. Mütəxəssislərin də dəvət olunduğu bu tədbirlərdə qadınların hüquqları barədə məruzələr oxunur, sualları cavablandırılır. Uzun illərin təcrübəsi göstərir ki, maarifləndirmə işi səmərəli nəticələr verir.