Qadınlar üçün layiqli əmək və layiqli həyat


Baxıldı : 147

Tarix : 2018-01-12 23:23:06


 

“Bu gün həmkarlar

ittifaqlarının fəaliyyətində qadınların iştirakı

nəzərəçarpan

dərəcədədir”

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

“Gender və ailə məsələlərinin bugünkü durumunu müzakirə etmək, problemlərin həlli yollarını aramaq və təkliflər irəli sürmək  təşkilatımızın prioritet vəzifələrindəndir”.

Bunu  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİRK) sədri, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin rəhbəri Cəmilə Səttarova dedi.  Qeyd etdi ki, həyata keçirilən bütün tədbirlərin məqsədi  cinsi ayrı-seçkiliyi aradan qaldırmaq, qadınların səlahiyyətlərinin artırılmasına dair  qanunları gücləndirməkdir.

2013-2017-ci illərdə Respublika Komitəsi  və ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində gender bərabərliyi və qadın problemləri üzrə məsələlərə daha geniş yanaşma olmuşdur. Hazırda MİHİ RK-nın xidmətində olan müəssisə və təşkilatlarda çalışan 55248 nəfər həmkarlar ittifaqı üzvündən 43396 nəfərini, yəni 79 faizini qadınlar təşkil edir. Aparılan ardıcıl və məqsədyönlü işlər nəticəsində ildən-ilə “Gender bərabərliyi və qadın problemləri üzrə” komissiyaların sayı artmaqdadır. Belə ki, əgər 2013-cü ildə komissiyaların sayı 401,onların tərkibində isə 1225 nəfər komissiya üzvü vardırsa, hazırda bu komissiyaların  sayı 435, üzvlərin sayı isə 1304 nəfər təşkil edir. Respublika Komitəsi tərəfindən bağlanılmış sahə sazişlərinə qadın əməyi ilə bağlı ayrıca maddələr əlavə edilmiş və yerlərdə onların icrası ciddi nəzarətə götürülmüşdür.

Qadınların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, sağlamlığının mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif səpkidə aksiyalar, forumlar keçirmişik.

Komitə rəhbəri qeyd etdi ki, cinslər arasındakı münasibətlərin harmoniyasına nail olmaq üçün bütün zəruri addımlar atılır. Lakin narahatlıq doğuran bəzi problemlər hələ də qalmaqdadır. İqtisadi və peşəkar seqreqasiya artımının arxasında dinamik inkişaf edən və yüksək ödənişli sənaye sahələrində qadınların payı azalmaqda davam edir. Digər bir problem isə qadınların  orta aylıq əməkhaqqının  kişilərin əməkhaqqından aşağı olmasıdır. Bu fərq qadınların aşağı məvaciblə təqaüdə çıxmasında özünü göstərir. Biz   AHİK-in qarşıdan gələn V qurultayında bu və digər problemlər haqqında təkliflərimizi irəli sürəcəyik.

? Əsli ƏHMƏDOVA