Qaliblər mükafatlandırılıb


Baxıldı : 367

Tarix : 2015-02-21 04:52:00


Fövqəladə Hallar Nazirliyi Həmkarlar İttifaqının və Nazirliyin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə fevralın 19-20-də daşqaldırma üzrə çempionat keçirilib.Nazirliyin Tikintidə Nəzarət Dövlət Agentliyinin idman zalında baş tutan yarışda 18 təşkilatdan 100-ə yaxın idmançı iştirak etmişdir.Təkanlar 24 kq-lıq daşlarla icra edilib və 2 xalla qiymətləndirilib. Əvvəlcə birdənqaldırma, sonra təkan çalışmaları yerinə yetirilib. Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev hakimlik edib.Komanda hesabında 1-ci yerə FHN-in Mülkü Müdafiə Qoşunları (MMQ), 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 3-cü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası (XRXX) layiq görülüb.Şəxsi yarışlarda isə 60 kq çəkidə Orxan İsgəndərov (DYMX), 65 kq çəkidə Vüsal Orucov (DYMX), 70 kq çəkidə Xəzər Rüstəmov (MMQ), 80 kq çəkidə Mətləb Məmmədov (MMQ), 90 kq çəkidə Bəhruz Aslanov (Gəncə Regional Mərkəzi), 90 kq-dan yuxarı çəkidə Mail Əliyev (MMQ) qalib adını qazanıb.İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev və həmkarlar ittifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıblar.