Qaliblər mükafatlandırılıb


Baxıldı : 324

Tarix : 2015-11-14 01:34:00


Noyabrın 5-6-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqı Komitəsinin və FHN İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə qurumlar arasında sərbəst güləş üzrə çempionat keçirilib.Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 16 qurumunun 100-dək idmançısı mübarizə aparıb.Beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlərin idarə etdikləri yarışlar olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Bütün rəqiblərini məğlub edərək çempion adını bu idmançılar qazanıblar: Alik Haqverdiyev (57 kq, MMQ), Cəlal Süleymanov (61 kq XRXX), Namiq Sövdümzadə (65 kq, İSK), Tural Umayev (70 kq, XRXX), Elmir Qəmbərov (74 kq, XRXX), Sübhan İsmayılov (86 kq, XRXX), Əsgər Eldarov (97 kq, XRXX) və Səbuhi Hümbətov (125 kq, XRXX).Komanda hesabında isə I yerə Xüsusi Riskli Xilasetmə Xidməti, II yerə Dövlət Yanğından Mühafizə Xidməti, III yerə Mülki Müdafiə Qoşunlarının komandaları çıxıb.Sonda İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.AZƏR