Qaliblər mükafatlandırıldı


Baxıldı : 267

Tarix : 2016-05-13 04:57:00


Mayın 4-də \ Azərikimya\ İstehsalar Birliyinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlararası şahmat turniri keçirilib. \ Azərikimya\ İstehsalar Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev açılış mərasimində çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.Yarışlar Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun, İsveçrə sistemi ilə keçirilib və iki gün davam edib. Turnirin qaliblərinə \ Azərikimya\ İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi diplomlar və pul mükafatı təqdim olunub. Azər MUSTAFAYEV