Qaliblər mükafatlandırıldı


Baxıldı : 136

Tarix : 2015-01-10 04:04:00


Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə 2014-cü ilin \ Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi\ müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirildi.Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2014-cü il ərzində həyata keçirdiyi layihələri və tədbirləri əks etdirən videoslaydın nümayişi ilə başladı. Mərasimdə çıxış edən BŞMTİ-nin rəisi Əlikram Əliyev artıq ənənəvi xarakter alan müsabiqənin məqsədinin il ərzində mədəniyyət müəssisələrinin və işçilərinin ən fəallarını müəyyənləşdirmək və qiymətləndirmək olduğunu söylədi.Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova mədəniyyət işçilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. Mədəniyyət ocaqlarının, musiqi məktəblərinin, kitabxanaların yüksək səviyyədə fəaliyyət göstərdiyini bildirdi.Sonra müsabiqə qaliblərinin təltifedilmə mərasimi oldu. Respublikanın ictimai - mədəni həyatında göstərdikləri səmərəli xidmətlərinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyevaya, baş məsləhətçi-mühasibi Liliya Satonkinaya, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Elgün Əliyevə və C.Cabbarlı ev - muzeyinin direktoru Qəmər Bağırovaya Mədəniyyət və Turizm Nazirliyinin \ Fəxri Mədəniyyət İşçisi\ döş nişanı təqdim edildi.Müsabiqənin 20-dən çox nominasiyası üzrə fərqlənmiş mədəniyyət ocağına və işçilərinə Fəxri fərmanlar, diplomlar, plaketlər, pul mükafatı və hədiyyələr təqdim olundu.Həmçinin tədbirdə İdarənin rəisi ötən ilin dekabrında \ Əməkdar Mədəniyyət İşçisi\ adına layiq görülmüş M.S.Ordubadinin xatirə ev-muzeyinin direktoru Lalə Abbas-zadəni təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Bu ildən etibarən ilk dəfə təsis edilmiş \ İlin istedadlı və yaradıcı gənci\ nominasiyası üzrə mükafata isə Şüvəlan qəsəbə Mədəniyyət Evinin direktoru Səfər Məmmədova verildi.Tədbir Azərbaycanın əməkdar artisti Mircavad Cavadovun rəhbərlik etdiyi \ Cəngi\ Estrada Folklor Ansamblının ifasında konsert proqramı ilə davam etdi.B.RZAYEV