Qaliblərlə görüş keçirilib


Baxıldı : 267

Tarix : 2015-10-17 00:30:00


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) \ Azərqaz\ İstehsalat Birliyində (İB) Neft, Qaz və Kimya Sənayesi İşçilərinin XXIII Spartakiadasında uğurla iştirak edərək qələbə qazanmış əməkdaşlarla görüş keçirilib.Tədbirdə İB-nin və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri iştirak edib. \ Azərqaz\ İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev belə yarışların neft-qaz sənayesi əməkdaşlarının sağlamlığının təmin olunmasına xidmət etdiyini deyib.Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov Spartakiada barədə ətraflı məlumat verib. Yarışların keçirilməsinin neft, qaz və kimya sənayesi işçiləri arasında dostluq münasibətlərinin möhkəmlənməsində, işçilərin asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm rolunun olduğu bildirilib. SOCAR-ın idarə və müəssisələrində sağlam mühitin formalaşmasında bu tədbirin əhəmiyyəti vurğulanıb.Sonda yarışlarda uğur qazanmış işçilərə \ Azərqaz\ İB və Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları, qiymətli hədiyyələr təqdim edilib.AZƏR